“Bu ideya gələcəkdə reallaşsa çox sevinərəm” – DEPUTAT

OXUNUB: 288 GÜNDƏM Özəl SOSİAL
"Çox şadam ki, dəniz nəqliyyatı ilə bağlı verdiyim təklif cəmiyyət arasında müsbət qarşılanıb. Eyni zamanda xüsusi olaraq qeyd etmək istəyirəm ki, mövzu ilə əlaqədar çoxlu sayda zəng edənlər, verilişlərə dəvət edənlər və ümumilikdə fikrimi dəstəkləyənlər olub. Hər halda bir ideyadır. İrəli sürmüşük. Bəlkə alternativ də nəsə düşünmək olar. Amma günün reallığı və dəqiq olan budur ki, həqiqətən də tıxac probleminin həlli üçün bütün variantlar nəzərdən keçirilməlidir.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"Mən qardaş Türkiyənin təcrübəsini təklif etmişəm. Bilirsiniz ki, orada "vapur” dediyimiz nəqliyyat vasitəsi çox kəskin tıxaclar zamanı öz əhəmiyyətli rolunu oynayır. Bakıda da bunu tətbiq etmək olar. Üstəlik, hesab edirəm, çox rahat bir şəkildə. Və belə olacağı təqdirdə şəhərin yollarına ciddi bir rahatlıq gələr. 

Məlum ideya gələcəkdə reallaşsa çox sevinərəm. Ən azından bir təşəbbüskar kimi.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR