“Bu məsələyə xüsusi həssaslıqla yanaşırıq” – DEPUTAT

OXUNUB: 297 GÜNDƏM Özəl SOSİAL
"Büdcə müzakirələrində hamının prioritet məsələlərlə, mövzularla bağlı fikri demək olar ki, yekdildir. Əsas prioritet isə Qarabağdır. Daha dəqiqi, Qarabağdakı quruculuq işləri.” – 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev bildirib.

"44 günlük Vətən Müharibəsindəki möhtəşəm qələbəmizdən sonra əzəli torpaqlarımızda çox böyük işlər görülüb. Təbii, hər birimizin arzusu budur ki, həmin işlərin əhatəsi və çərçivəsi daha da genişlənsin. Ona görə bu məsələyə xüsusi həssaslıqla yanaşırıq və tam dəstəyimizi veririk.” – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR