“Bu, revanşistlərin dəyirmanına su tökməkdir” - DEPUTAT

OXUNUB: 15 Özəl SİYASƏT
"Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərini qınamaq, gözdən salmağa çalışmaq, məlum səfər ətrafında manipulyasiyalar etmək, mövzunu kontekstdən çıxarmaq erməni dövlətinə və erməni cəmiyyətinə yaxşı və müsbət heç nə vəd edə bilməz. Əksinə, onlar prosesi bu şəkildə, bu istiqamətdə inkişaf etdirsələr, daha böyük ziyanla qarşılaşacaqlar və beynəlxalq aləmdə daha da hörmətsiz olacaqlar. Niyə? Çünki, yalan, böhtan və saxtakarlıq üzərində qurulan oyunlar, təbliğatlar, təzahüratlar əsla və əsla yekunda nəticə hasil edə bilməz. Eyni zamanda növbəti səhv və 30 il boyunca sərgilənmiş olan keçmiş üsluba, ritorikaya qayıdış indiki dövrdə Ermənistanı sözün gerçək anlamında böyük məhrumiyyətlərə və son dərəcə acınacaqlı sonuclara sürükləyə, düçar edə bilər. Bu reallığı da Ermənistanın başbilənləri qətiyyən unutmasınlar və qulaqlarından sırğa etsinlər!” - 7NEWS.AZ xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev bildirib.

"Üstəlik, Ermənistanın höküməti də, siyasi camiyəsi də, mediası da bir həqiqəti anlamalı və dərk etməlidir ki, belə təxribatçı əməllərdə bulunmaq və ya həmin gedişata dəstək vermək birbaşa sülhə qarşı atılan addımlardır və revanşistlərin dəyirmanına su tökməkdir! – deyə Partiya sədri fikirlərinə davam edib.

RƏYLƏR