Bullinqə birlikdə “Son” deyək! adlı layihə həyata keçirilmişdir

OXUNUB: 1166 Özəl QHT SOSİAL
Təhsildə inkişaf və innovasiyalar üzrə VIII qrant müsabiqəsinin "Fərdi layihələr" kateqoriyası üzrə qalib layihələrindən olan Bullinqə birlikdə "Son” deyək!  adlı layihə həyata keçirilmişdir. Layihənin əsas məqsədi psixoloji həssas, xüsusən də akademik öyrənmə və akademik məqsədlərə nail olmaq zamanı psixoloji problemlərlə qarşılaşan şagirdlər arasında qeyd olunan hallar zamanı tərəddüd etmədən problemin öhtəsindən gəlmək üçün onlardakı özünə inamı formalaşdırmaqdır. Beləki layihə çərçivəsində mövzu üzrə videoçarx hazırlanmış, 200 nömrəli məktəb lisey kompleksində maarifləndirici görüşlər keçirilmiş və məlumatlandırıcı materiallar paylanılmışdır. 
Qeyd edək ki, layihənin rəhbəri Zeynallı Gülşən Xalid qızıdır.
 

RƏYLƏR