Burkina Fasoda atışma: 60 mülki şəxs həlak OLUB

OXUNUB: 110 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Şimaldakı Ouahigouya Prokurorluğundan verilən yazılı açıqlamada, aprelin 20-də Yatenqa rayonunun Karma kəndində naməlum silahlı şəxslərin hücum təşkil etdiyi bildirilib. Açıqlamada hərbi geyimli hücumçuların açdığı atəş nəticəsində ən azı 60 nəfərin həyatını itirdiyi açıqlanıb. Hücumla bağlı hökumətdən heç bir açıqlama verilməyib. Yenə aprelin 16-da Yatenqa rayonundakı könüllü milis qərargahına edilən hücumda 10 əsgər və 32 könüllü milis həyatını itirdi.

7NEWS.az

RƏYLƏR