"Buta Airways" müştəriyə necə problem yaradır... - GİLEY

OXUNUB: 450 Özəl GÜNDƏM İQTİSADİYYAT
"Şikayətim Buta Airways şirkətindəndir!!! Onlayn Baki-İzmir istiqamətindən bilet əldə etmək istədiyim zaman, ödəniş zamanı kartımdakı limitlər üzündən ödəniş keçmədi. (bron nomrəsi: WZP4KK). Web səhifədəki nasazlıq ucbatından odəniş üçün müəyyən bir müddətin ayrılmasına baxmayaraq ödəniş etmək mümkün olmadı və ayrılmış 15 dəq bitdi. Mən həmin mənim üçün vacib olan biletlər itirdim". DİA.AZ bildirir ki, bu barədə Nahid Sületymanlı adlı istifadəçi sosial şəbəkədə paylaşım edib.

Daha sonra narazı vətəndaş yazır: "Biletlərin az olduğunu nəzərə alaraq müəyyən bir müddət saytı izlədikdən sonra başqa tarixə bilet tapdim. Bu dəfə ödəniş bölməsində isə mənə bildirildi ki, sizin kartınız bloka düşmüşdür. Və yenə Web səhifədəki nasazlıq üzündən mən ödəniş üçün yeni kart əlavə edə bilmədim. Yeni bron üçün ayrilmış vaxt da belə bitdi. Biletləri bir daha itirdim. (Bron nömrəsi: JGAP8Q). Bununla bağlı texniki şöbəyə müraciət etdim. (müraciət kodu: Sizin #788742 nömrəli sorğunuz qeydə alınmışdır.) Artıq növbəti gün səhər müraciətimə baxılaraq mənə kartınızın blokdan çıxarldığı bildirildi.
Bugün səhər uzun axtarışdan sonra mən bir daha bilet taparaq bron etdim. (Bron nomrəsi: KPBYDD) Lakin ödəniş zamanı mənə bir daha bildirildi ki, mənim kartım blokdadır. Yenə də həmin bron üzrə yeni kart ödənişi etmək olmadı. (Texniki nasazlıq) və mən həmin biletləri yenə itirdim. indi de yeni müraciət açmışam və inanmıram ki, qisa zamanda cavab gəlsin. ( Müraciət nömrəsi : Sizin #788884 nömrəli sorğunuz qeydə alınmışdır. )
Bütün bunları bura ətraflı yazmaqda məqsədim nədir: Artıq məni kartımın blokdan çıxarılması qane etmir çünki mən artıq lazım olan biletləri itirmişəm. Sistemdə bilet qalmayıb. Mən bu məsələ ilə bağlı onlardan tam ətraflı məlumat istəsəm də sanki robot kimi mənasız cavablar və müştəri məmnuniyyətini qiymətləndirmə sorğusu aldım. Hətta şikayətimdə dəfələrlə qey etmişdim ki, "Xahiş edirəm (Hörmətli müştəri bank kartinız blokdan çıxdı) məzmunda cavablar yazmayın. Tam ətraflı məlumat verin və günahkar hansı tərəfdir bildirilsin."
Problem 1: Saytda ödənişlə bağlı problem olarkən kartin mənasız yerə bloka salınması və ayrılmış vaxt ərzində yeni kartla ödəniş etmək imkanının olmaması. IT departament heç olmasa 1 dəfə odəniş keçmədiyi halda növbəti etap nə olmalıdır tipli simulyasiya edin. Sayt ilişir!!!
Problem 2: Android platformada app vasitəsilə axtarış zamanı proqram avtomatik bağlanır. QR tester vakansiyası elan edin!!!
Problem 3: Aeraportun tam fəaliyyət göstərmədiyi bir halda sizim call center mənə 26 dəqiqə ərzində cavab vermədi. Elan edin ki, növbədə neçənciyəm bəlkə mən 25 ci olduğumu eşidib əlaqəni kəsəcəm. 2 azn balans işlətdim".

İddia olunanlarla bağlı dia.az olaraq bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...

RƏYLƏR