Bütün Sumqayıt bu oğlanı axtarır - FOTO

OXUNUB: 498 SOSİAL
Sumqayıt şəhərində gənc oğlan itkin düşüb. 

İcmal.Az-ın report-a istinadən xəbərinə görə, şəhər sakini, 1960-cı il təbəllüdlü Yusifova Zoya Babaş qızı 4-cü polis bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, oğlu, 1990-cı il təvəllüdlü Yusifov Çingiz Vahid oğlu yaşadıqları ərazidən naməlum istiqamətə gedərək bir daha geri qayıtmayıb.
Boyu 170 santimetr, orta bədən quruluşlu Ç.Yusifov evdən çıxarkən əynində ağ rəngli köynək, göy rəngli şalvar və ayağında göy rəngli ayaqqabı olub.
28 yaşlı gənci görən və yerini bilənlərdən xahiş olunur ki, (018) 65-5-69-77; (070) 325-70-25; (055) 287-27-25 nömrəli telonlara zəng edərək məlumat versinlər.
 
 
İcmal.Az

RƏYLƏR