"Bütöv Azərbaycan olaraq Prezident seçkilərinin keçirilməsi tarixi hadisədir" - Səbuhi Abbasov

OXUNUB: 660 GÜNDƏM Özəl SİYASƏT
Bu sözləri saytımıza açıqlamasında QHT sədri, internet-media ekspert Səbuhi Abbasov deyib: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb. Bu tarixi hadisədir, bu bir ilkdir. Bəli, artıq Azərbaycan ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib. 2018-ci ildə  Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra Ali Baş Komandan İlham Əliyev xalqımızın qarşısında duran ən mühüm problem - ərazi bütövlüyümüzün bərpası prosesinin son tamamlayıcı mərhələsinə start verdi və qısa zamanda ölkəmizin, xalqımızın bütün potensialını vahid məqsəd uğrunda səfərbər etdi. Prezident seçildikdən cəmi iki il sonra ərazi bütövlüyümüzün və suverenliyimizin  tam bərpası prosesini tamamladı. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçirilir. Bu seçkilər ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir."
7NEWS.az

RƏYLƏR