Böyük Britaniya 28 gün ərzində qeyri-qanuni miqrantları deportasiya edəcək

OXUNUB: 106 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Böyük Britaniya qeyri-qanuni miqrasiya ilə mübarizədə yeni planını açıqlayıb. Böyük Britaniyanın Daxili İşlər Naziri Suella Braverman parlamentdəki çıxışında Manş boğazı üzərindən qayıqlarla İngiltərəyə qeyri-qanuni yollarla daxil olan qeyri-qanuni miqrantların 28 gün ərzində məhkəmə nəzarəti və girovluq şərti olmadan deportasiya ediləcəyini açıqlayıb. Qanun layihəsinə əsasən, deportasiyasının dayandırılması üçün yalnız 18 yaşına çatmamış, tibbi cəhətdən uçuşa yararsız və ya göndərildikləri ölkədə "zərər almaq riski faktiki" olanlar müraciət edə biləcək.

7NEWS.az

RƏYLƏR