Cavanşir Məmmədov efirdə qısaqol kostyumu ilə lovğalandı - FOTO/VİDEO

OXUNUB: 2565 ŞOU-BİZNES

Əməkdar artist Cavanşir Məmmədov "Xəzər” TV-də yayımlanan "5-də 5” verilişində qonaq olub.

İcmal.Az xəbər verir ki, proqrama qısaqol kostyumda qatılan ifaçı bildirib ki, sosial şəbəkədə ona lağ edirlər:

"Geyindiyim pencəyə də irad tuturlar. Zövqü yoxdur, modadan xəbərsizdir, gözləri görmür. O qədər görən kor gözlər var ki... 

Brend pencəkdir. İkisinə 500 dollar ödəmişəm. Efirdə görüb, sosial şəbəkədə ələ salırlar. Normal yay geyimidir, burada nə var? Qınamalı deyillər”.

Məmmədov bildirib ki, Azərbaycana belə geyim tərzini gətirən məhz özüdür:

"Kənd, şəhər və dünya modası var. Dünya modası ilə efirə çıxa bilərsən. Azərbaycana bu geyim tərzini ötən il mən gətirmişəm”.

Qeyd edək ki, Cavanşir Məmmədov bundan öncə də dəfələrlə bu kimi hallarla gündəmə gəlib və tamaşaçıların sərt reaksiyası ilə qarşılaşıb.

Belə ki, Əməkdar artistin efirlərində birində yeniyetmə bir oğlanla "vorovskoy” söhbəti etiraza səbəb olmuşdu.

Cavanşir Məmmədov bığsız görüntüsü və proqramların birinə tül kofta ilə qatılması ilə də sosial şəbəkə izləyicilərinin "dilinə düşmüşdü”.

İfaçı "Müğənnilərin çoxu "mamaroza”dır” ifadəsinə görə həmkarları tərəfindən qınanılmışdı.

İcmal.Az

RƏYLƏR