Cəlilabad sakinindən 1 kiloqramdan artıq heroin götürülüb

OXUNUB: 523 HADİSƏ

Xəzər Rayon Polis İdarəsi əməkdaşlarının əldə edilən əməliyyat məlumatı əsasında keçirdikləri tədbirlər nəticəsində narkotik satışında şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən İcmal.Az-a verilən məlumata görə, araşdırmalarla onun Cəlilabad rayon sakini Bəhruz Əbilov olduğu məlum olub. Baxış zamanı ondan çəkisi 1 kiloqram 200 qram heroin aşkar edilib.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb.

İcmal.Az

RƏYLƏR