Cənubi Kiprdə 25 yaşlı türk qıza hücum edən 2 rum həbs edildi

OXUNUB: 197 Özəl DÜNYA
Cənubi Kiprdə 25 yaşlı Kipr türkü Asya Karaaliyə hücum edərək onu döyən 2 rum həbs edilib. Cənubi Kiprin lideri Nikos Kristodulides Şimali Kipr prezidenti Ersin Tatara zəng edərək hücumu pisləyib.

7NEWS.az xəbər verir ki, Şimali Kiprdə yaşayan 25 yaşlı Asya Karaali dostları ilə getdiyi Cənubi Kiprdə hücuma məruz qalıb. İyunun 2-də Ayia Napa bölgəsində 2 rum tərəfindən təcavüzə məruz qaldığını ifadə edən Karaali, yunanların türk olduğunu anlayanda ona hücum etdiyini bildirib. Hücum edənlərdən birinin onun üzünə yumruq atdığını ifadə edən Karaali, iki təcavüzkarın daha sonra onu 2 metr hündürlükdəki divardan atdığını iddia edib. Karaali sosial media hesabında hücum anına aid olduğunu iddia etdiyi qısa videonu da paylaşıb.

7NEWS.az

RƏYLƏR