Cənubi Koreya tarixində ilk: Nazir işdən ÇIXARILDI

OXUNUB: 151 Özəl DÜNYA
Cənubi Koreya Milli Assambleyası 2022-ci il oktyabrın 29-da İtaevon bölgəsində baş verən və 159 nəfərin həyatını itirdiyi izdihamın səbəbkarı olduğu səbəbilə daxili işlər naziri Li Sanq-min vəzifəsindən azad edilməsinə qərar verib.

7NEWS.az xəbər verir ki, Milli Assambleyada daxili işlər naziri Li Sanq-minin istefa verib-verməməsi ilə bağlı səsvermə keçirilib. Səsvermədə daxili işlər nazirinin vəzifəsindən azad edilməsinin lehinə 179, əleyhinə isə 109 deputat səs verib. Səsvermədə 5 səs etibarsız sayılıb. Müvafiq olaraq, Assambleya Linin vəzifədən uzaqlaşdırılmasına qərar verdi. Beləliklə, ölkə tarixində ilk dəfə olaraq nazir tutduğu vəzifədən azad edilib.

7NEWS.az

RƏYLƏR