Cənubi Koreya Yaponiya və ABŞ birgə hərbi təlim keçirib

OXUNUB: 131 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Cənubi Koreya, Yaponiya və ABŞ son həftələr raket sınaqlarını artıran Şimali Koreyanı qorxutmaq üçün birgə müdafiə təlimləri keçirib.

Şimali Koreyanın davam edən raket sınaqlarına qarşı ölkələr bir günlük üçtərəfli ortaq dəniz müdafiə manevri keçirib.

Cənubi Koreya Hərbi Dəniz Qüvvələrinin bəyanatında, birgə dəniz təlimlərinin ölkənin şərq sahilləri yaxınlığındakı beynəlxalq sularda və Şimali Koreyanın ballistik raketlərinin aşkar edilməsi, izlənilməsi və məlumat mübadiləsi sahəsində ixtisaslaşma məqsədi ilə həyata keçirildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR