'EveR 6' robotunun Cənubi Koreyanın paytaxtı Seulda keçiriləcək "Absence" şousunu idarə edəcəyi açıqlanıb.
7NEWS.az xəbər verir ki, Koreya Milli Orkestri iyunun 30-da Seulda keçiriləcək konsertində Koreya Sənaye Texnologiyaları İnstitutu (KITECH) tərəfindən hazırlanmış robotun dirijor olacağını açıqlayıb.
'Absence' konsertinə rəhbərlik etməsi planlaşdırılan 'EveR 6' adlı android robotun xarici görünüşü insan bədəninə bənzəyir. Robot boyun və qolunu da çevik şəkildə istifadə edə bilir.
7NEWS.az