Cənubi Koreyanın paytaxtında meşə yanğını: 120 ev təxliyə EDİLDİ

OXUNUB: 105 Özəl DÜNYA
Cənubi Koreyanın paytaxtı Seulda meşə sahəsində baş verən yanğınla əlaqədar ən azı 120 ev təxliyə edilib.

7NEWS.az xəbər verir ki, Cənubi Koreyanın paytaxtı Seulda meşəlik 
ərazidə yanğın baş verib. İnvanqsan dağında baş verən yanğınla əlaqədar təhlükəsizlik məqsədilə ərazidəki ən azı 120 ev təxliyə edilib.

30 futbol meydançası böyüklüyündəki sahə külə dönərkən, yanğına havadan müdaxilə edilib.

Səlahiyyətlilər yerli vaxtla 11.50 radələrində başlayan yanğının saat 17.00 radələrində nəzarət altına alındığını və demək olar ki, söndürüldüyünü açıqlayıb.
Yanğının səbəbi hələlik məlum olmasa da, yanğın zamanı ölən və yaralanan olmayıb.

7NEWS.az

RƏYLƏR