Ceyhun Bayramov üçtərəfli komissiyanın işindən danışdı

OXUNUB: 467 SİYASƏT

"Rəsmi Bakı Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli komissiyasının işini fəal şəkildə təşviq edir”.

Bunu Xarici İşlər naziri Ceyun Bayramov Antalya Diplomatiya Forumunda "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanları” mövzusunda keçirilən müzakirələrdə deyib.

O bildirib ki, Azərbaycan kommunikasiyaların, yeni nəqliyyat marşrutlarının açılması istiqamətində iş aparır.  

 

"Bu, təkcə Azərbaycanla Ermənistana yox, digər region ölkələrinə də əlavə imkanlar qazandıracaq”, - deyə C.Bayramov əlavə edib.

Qeyd edək ki, bu ilin yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan sənəd imzalayıblar.

RƏYLƏR