"Rəsmi Bakı Azərbaycan, Rusiya və Ermənistan arasındakı üçtərəfli komissiyasının işini fəal şəkildə təşviq edir”.
Bunu Xarici İşlər naziri Ceyun Bayramov Antalya Diplomatiya Forumunda "Cənubi Qafqaz: Regional sülh və əməkdaşlıq üçün yeni imkanları” mövzusunda keçirilən müzakirələrdə deyib.
O bildirib ki, Azərbaycan kommunikasiyaların, yeni nəqliyyat marşrutlarının açılması istiqamətində iş aparır.
"Bu, təkcə Azərbaycanla Ermənistana yox, digər region ölkələrinə də əlavə imkanlar qazandıracaq”, - deyə C.Bayramov əlavə edib.
Qeyd edək ki, bu ilin yanvarın 11-də Rusiya, Azərbaycan və Ermənistan liderləri kommunikasiyaların, xüsusən də Naxçıvanla avtomobil və dəmir yolu əlaqəsinin açılması məsələlərini həll edəcək üçtərəfli komissiya yaradılmasını nəzərdə tutan sənəd imzalayıblar.