Cinsi vəhşilik: İki qardaş iki azyaşlı qızı zorlayıb öldürdü - FOTOLAR

OXUNUB: 792 DÜNYA
Hazırda Almaniyada gündəmin əsas mövzusu Yaxın Şərqdən gələn siyasi mühacirlərlə bağlıdır. Bu məsələ ölkədə əsl hökumət böhranı yaradıb.

Mühacirlərin kütləvi surətdə yerləşdirilməsinə qarşı çıxan siyasətçilər, həmçinin media qurumları bunun üçün müxtəlif məlumat və faktları dəlil olaraq göstərirlər. Doğrudur, onların yanaşma tərzində qərəz və birtərəfliliyin payı da az deyil.

Bunlardan biri də Almaniyada böyük çaxnaşma yaradan, 14 yaşlı bir qızın boğularaq öldürülməsi hadisəsi ilə bağlıdır.

İraq mühaciri, Almaniyadan siyasi sığınacaq almaq istəyən Əli Bəşərin (21 yaş) 14 yaşlı Suzanna adlı qıza hücum edərək, onu boğub öldürməsindən 45 gün keçir.

Almaniyanın "Bild” qəzetinin yazdığına görə, müstəntiqlər Əli Bəşərin 11 yaşlı başqa bir qıza da təcavüz etdiyini müəyyənləşdiriblər: "Bu cinayəti Əli Bəşər 13 yaşlı qardaşı ilə birlikdə törədib. Özü də həmin qardaş "Suzanna işi”ndə AFR hüquq-mühafizə orqanlarına yardım və şahidlik edib”.

Məqalədə yazıldığına görə, Maynts şəhərindən olan 14 yaşlı Suzanna may ayının 22-də yoxa çıxıb. Qızın yəhudi əsilli olduğu bilinir.

Onun yarpaqlarla örtülmüş cansız bədəni dəmiryol stansiyasının yaxınlığında tapılıb. Qızın öncə zorlandığı, daha sonra boğularaq öldürüldüyü aşkar edilib. Mansur adlı əfqan mühacir həm cinayətkarın yerini və adını bildirib, həm də meyitin gizlədildiyi məkanı göstərib.

Lakin o dövrdə Əli Bəşəri tapmaq mümkün olmayıb. Iraqlı mühacir tələsik şəkildə Almaniyanı tərk edərək, İraqın şimalına qaçmağa müvəffəq olub. Burada Şimali İraqın kürd hakmiyyəti onu ələ keçirərək, almanlara təhvil veriblər.

Almaniya Federal Polisinin şefi Ditmar Romann şəxsən özü cinayətkarın gətirilməsində iştirak edib. Əli Bəşər qızı öldürdüyünü boynuna alsa da zorlanma hadisəsini inkar edir.

Daha sonra istintaq zamanı Əli Bəşər və onun kiçik qardaşının, həmçinin 3-cü bir yeniyetmə şəxsin (yuxarıda bəhs olunan əfqan Mansur) həmin ilin mart-aprel aylarında 11 yaşlı başqa bir qıza qarşı da eyni əməli törətdikləri məlum olub.

Visbaden prokurorluğunun məlumatına əsasən, cinayət hadisəsi qaçqınların saxlanıldığı Visbaden-Erbenhayme bölgəsində baş verib.

"Hazırda Əli Bəşəri Suzanna hadisəsinə görə satan Mansur yeniyetmələr üçün həbsxanada saxlanılır. Bəşərin qardaşını isə cinayət məsuliyyətinə cəlb etmək mümkün olmayıb”, - deyə məqalədə deyilir./musavat.com

Cinsi vəhşilik: İki qardaş iki azyaşlı qızı zorlayıb öldürdü - FOTOLAR
Cinsi vəhşilik: İki qardaş iki azyaşlı qızı zorlayıb öldürdü - FOTOLAR
 

İcmal.Az

RƏYLƏR