"COP29 gənclərin eco simulyasiyası" layihəsi həyata keçirilib

OXUNUB: 1271 Özəl QHT SOSİAL
Layihə müddətində Mingəçevir şəhərində gənclərə COP29 haqqında məlumat verilib. Gənclərin müxtəlif ekoloji məsələlərə fərqli yanaşmaları simulyasiya üçün əlverişli imkan yaradıb. Gənclər müxtəlif günlərdə öncədən verilmiş aktual mövzu əsasında simulyasiya görüşlərinə hazırlaşıb və iştirak ediblər. Simulyasiyalar fərdi və ya komanda fəaliyyəti formasında baş tutub.
"Uğurlu Gələcək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində təhsil alan , yaşayan və fəaliyyət göstərən gənclərin COP29 və eyni zamanda məhz ekoloji mövzularda müxtəlif yanaşmaları öz baxışları ilə müzakirə etmək, təşəbbüskarlıq göstərmək, öz mövqelərini əsaslandırılmış formada müdafiə etmələrini təmin etməkdən ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə növbəti mərhələdə daha çox şəxsin faydalanmasına zəmin yaradıb.
 
 



 

RƏYLƏR