Daha bir deputat karantin qaydalarını kobud şəkildə pozdu - Qızına 300 nəfərlik toy etdi...

OXUNUB: 519 GÜNDƏM SOSİAL HADİSƏ
Milli Məclisin daha bir  deputatı – Novruzəli Aslanov qızına  karantin qaydalarına zidd toy məclisi keçirib.
 
Deputat qızı üçün Bakının tanınmış restoranlarından birində təşkil etdiyi məclisdə 300 nəfərə  yaxın adam olub.
 
Novruzəli Aslanovun karantin müddətində toy məclisləri üçün müəyyən edilən  150 nəfərdən artıq adam toplaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
 
Həm  də bəstəkar olan  Novruzəli Aslanov təkcə 10 nəfərə yaxın müğənnini məclisə çağırıb.
 
Bundan başqa millət vəkilinin qohumları ilə yanaşı, deputat həmkarları, ictimaiyyət nümayəndələri də toyda  olub.
 
Bəs görəsən, müvafiq qurumlar müəyyən olunmuş say həddindən artıq adamları başına toplayan deputatı məsuliyyətə cəlb edəcəkmi?
 
Qeyd edək ki, 58 yaşlı N. Aslan İsmayıllıdan 4 çağırış deputat seçilib./Gununsesi.info

RƏYLƏR