Daha bir əsgərimiz ŞƏHİD OLDU, yoxsa EHTİYATSIZLIQ QURBANI?

OXUNUB: 2262 SİYASƏT
Daha bir əsgərimizin şəhid olması ilə bağlı xəbərlər yayılıb. 

Sosial şəbəkəlrədə əslən Tərtər rayonundan olan Paşayev Şəhriyar Gündüz oğlunun şəhid olması ilə bağlı məlumatlar yayılıb. 

Araşdırmalarımıza görə şəhid olduğu deyilən Paşayev Şəhriyar Gündüz oğlu Tərtər rayonunda doğulub. Müddətdən Artıq Xidmət Edən Hərbi Qulluqçu kimi Yevlax rayon Hərbi Polisində çalışıb. Lakin 21 may tarixində növbətçi hissədə əsgər yoldaşlarının ehtiyatsızlığı nəticəsində ağır yaralanaraq dünyasını dəyişib və doğulduğu Tərtər rayonunda torpağa tapşırılıb. 

Bununla bağlı Müdafiə Nazirliyinə məlumat ötürsək də sorğumuza heç bir cavab verilməyib. 

Nazirliyin mövqeyini dərc etməyə hazırıq. 

Qeyd edək ki, şəhid olduğu deyilən Paşayev Şəhriyar Gündüz oğlunun ailəsi ilə əlaqə saxlamağa çalışırıq, ətraflı məlumat veriləcək. /big



Daha bir əsgərimiz ŞƏHİD OLDU, yoxsa EHTİYATSIZLIQ QURBANI?
 

İcmal.Az

RƏYLƏR