Daha bir tanınmış ekspert BNA-nı ifşa etdi: 2 İLDƏ 28 MİLYON XƏRCLƏNİB, ORTADA HEÇ NƏ YOXDUR

OXUNUB: 550 Özəl HADİSƏ SOSİAL
7NEWS.az yazır ki, tanınmış ekspert Osman Gündüz də son iki ildə ən çox tənqid olunan qurumun daha bir talançı fəaliyyətini ifşa edib. O.Gündüz bu barədə öz şəxsi səhifəsində faktaloji yazı paylaşıb. Yazını təqdim edirik:
"Son iki ildə NİİM üçün BNA-ya 28 000 000 manat vəsait ayrılıbmış.
Bir neçə gün öncə Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi ilə bağlı bir açıqlama vermişdim. Təxmini mahiyyəti belə idi ki, 100 milyon vəsait xərclənən Nəqliyyatın İntellektual İdarəetmə sistemi Nəqliyyat Nazirliyində olduğu zaman iflasa uğrayıb və artıq 2-3 ildir ki, Bakı Nəqliyyat Agentliyinə verilməsinə baxmayaraq fəaliyyəti bərpa edilməyib.Yumşaq da bir yazı idi. Buna rəğmən, BNA rəsmisi statusun altında çox aqressiv bir rəy yazmışdı. Düzü, çox da təəccüblənmişdim. Fikrimcə adi bir tənqid idi, sadəcə BNA–ya çağırış edilirdi ki, zaman gedir, NİİM bərpa edilməlidir. Amma BNA rəsmisinin vətəndaş cəmiyyətinə qarşı aqressiyasını yadımda saxlamışdım. Təxmini duymuşdum ki, burada nəsə əmma var. Odur ki vaxt tapıb son iki ildə NİİM-lə bağlı görülən işlər üzrə qısa bir araşdırma apardım. 
Və hədsiz təəccübləndim , düzü, dəhşətə gəldim. 
Baxıram ki, NİİM BNA-ya veriləndən sonra bu sistemin bərpası, həmin o məşhur video monitrola bağlı texniki xidmət, videorabitə işləri ilə bağlı, serverlərlə bağlı, nəqliyyat planlaması və trafik təhlili proqram təminatları ilə bağlı BNA-ya təxminən 
28 000 000 manat vəsait ayrılıbmış. Təsəvvür edin, son 1- 2 ildə BNA-ya 28 milyon manat vəsait ayrılıb, amma Nəqliyyatın İntellektual İdarəetmə sistemi hələ də ortada yoxdur. BNA rəsmisi də vətəndaş cəmiyyətindən verilən adi bir təklifə, adi bir tənqidə aqressiya ilə yanaşır."
Mövunu davam etdirəcəyik.
7NEWS.az

RƏYLƏR