Danimarka Səudiyyə Ərəbistanı və BƏƏ-yə silah satışına qoyulan qadağanı ləğv edib

OXUNUB: 163 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Danimarka yeni xarici siyasət doktrinası "praqmatik realizm" çərçivəsində Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) silah satışına qoyulan qadağanın sona çatdığını elan edib. Qərar "praqmatik idealizm” və ya "praqmatik realizm” kimi müəyyən edilən yeni xarici siyasət doktrinası çərçivəsində qəbul edilib. 

Xarici işlər naziri Lars Lokke Rasmussen martın 9-da "Politiken” xəbər təşkilatına müsahibəsində səudiyyəli jurnalist Camal Qaşıqçının qətli və Yəməndəki müharibə səbəbindən 2018 və 2019-cu illərdə tətbiq edilən qadağaların aradan qaldırılacağını bildirib. 

Bununla belə, Rasmussen, nazirliyin Danimarka silahlarının öz xalqına qarşı və ya "sözügedən ölkələrin yersiz şəkildə apardığı" müharibələrdə istifadəsinin qarşısını almaq üçün illik ölkə təhlili və təhlükəsizlik qiymətləndirməsi aparacağını vurğuladı. 

7NEWS.az

RƏYLƏR