Danimarka Ukraynaya hərbi yardımını 3 milyard dollara çatdıracaq

OXUNUB: 117 Özəl DÜNYA
7NEWS.az xəbər verir ki, Rusiyanın hücumlarına qarşı bir çox ölkədən Ukraynaya hərbi yardımlar gəlməyə davam edir. Danimarka Müdafiə Nazirliyi 2023-2028-ci illər ərzində Ukraynaya hərbi yardımın 21,9 milyard Danimarka kronuna (3,2 milyard dollar) çatdırılacağını açıqlayıb. Danimarkanın mart ayında yaratdığı Ukrayna fondu vasitəsilə veriləcək yardımın böyük hissəsinin 2023-2024-cü illərdə göndərilməsi gözlənilir.

7NEWS.az

RƏYLƏR