Daşkəsəndə atasını küt alətlə döyən oğul saxlanılıb

OXUNUB: 515 HADİSƏ

Daşkəsən rayonunda sərxoş halda atasını döyən oğul saxlanılıb.

Rayon sakini,1971-ci il təvəllüdlü Mahir Nadir oğlu Əliyev sərxoş halda hələlik bilinməyən səbəbdən atası, 1946-cı il təvəllüdlü Nadir Qacar oğlu Əliyevi maşa ilə döyüb. Bədənin müxtəlif nahiyələrindən, eyni zamanda başından bir neçə zərbə alan ata xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, hadisə zamanı N.Əliyev də sərxoş vəziyyətdə olub. Hadisəni törədən şəxs isə saxlanılaraq Daşkəsən Rayon Polis Şöbəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır./report

 

İcmal.Az

RƏYLƏR