Daşkəsəndə bədbəxt hadisə - Qadın tövlədə...

OXUNUB: 478 HADİSƏ

Daşkəsən rayonunda yerli sakin bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Rayonun 1971-ci il təvəllüdlü Muşavaq kənd sakini Hürü Bəxtiyarova inəyi dirəyə bağlamaq istəyən zaman kəndir onun ayağına ilişib və qadın yerə yıxılaraq ağır kəllə-beyin travması alıb.

Qadın yaxınları tərəfindən xəstəxanaya aparılıb. Hazırda onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır. /report

İcmal.Az

RƏYLƏR