"Davam" Gənclər Hərəkatı yeni klub yaradır

OXUNUB: 987 QHT SOSİAL
"Davam” Gənclər Hərəkatı nəzdində fəaliyyət göstərən Davamlı İnkişaf Mərkəzinin direktoru Niyaz Əliyev və Azərbaycanda yumor sahəsində aktiv fəaliyyətdə olan, Ukrayna teleməkanında ölkəmizi təmsil edən "Kak po Maslu" komandasının kapitanı, Azərbaycan Gülüş Liqasının rəhbəri Cavid Şahbazbəyov arasında görüş baş tutub. 

Görüş zamanı qarşılıqlı münasibətlərin perspektivləri barəsində müzakirələr nəticəsində atılacaq növbəti addımlar müəyyən edilib. 

Görüşdə tərəflər fikir mübadiləsi apararaq Davamlı İnkişaf Mərkəzi daxilində yumor klubunun yaradılması ilə bağlı qərar qəbul edib. Klubun məqsədi ölkəmizdə gənclərimizin yumor sahəsində fəallığını artırmaq, bu sahədə yeni uğurlu simalar yaratmaqdır.

Qeyd edək ki, klubun yaradılması ilə bağlı lisenziya "Davam" Gənclər Hərəkatına verilib.

Görüşün sonunda əməkdaşlıq sazişi imzalanıb.




RƏYLƏR