"Davam”la BrainIMO arasında memorandum imzalanıb

OXUNUB: 678 Özəl QHT SOSİAL
"Davam” Gənclər Hərəkatı və BrainIMO MMC arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanması üçün görüş keçirilib. Görüşdə "Davam" Gənclər Hərəkatının İdarə Heyətinin sədri Nihad Allahyarlı və BrainIMO MMC-nin təsisçisi Fidan Nəcəfova iştirak edib. 

Görüş zamanı tərəflərin birgə təşkilatçılığı ilə ümumtəhsil səviyyəsi üçün "AlgoMath” xüsusi inkişaf proqramının keçirilməsi ilə bağlı razılıq əldə olunub. 

Danışıqların ardınca "Davam” Gənclər Hərəkatı və BrainIMO MMC arasında əlaqələrin möhkəmləndirilməsi, "AlgoMath" proqramının birgə həyata keçirilməsi məqsədilə əməkdaşlıq haqqında memorandum imzalanıb, proqramın fəaliyyət planı ilə bağlı Təşkilat Komitəsi formalaşdırılıb, texniki məqamlar və proqramın yol xəritəsi müəyyən olunub. 

Qeyd edək ki, "AlgoMath" proqramı çərçivəsində riyazi biliklər, məntiqi düşüncə, problem həlletmə bacarığı və digər vacib sahələr üzrə imtahan təşkil edilərək şagirdlər arasından yaxşıların yaxşısı müəyyən olunacaq. Seçilmiş namizədlər üçün müsahibələrə əsasən, tam ödənişsiz inkişaf təlimləri (IELTS, SAT, CALCULUS, proqramlaşdırma dilləri və s.) təşkil olunaraq xaricdə və ya ölkə daxilindəki universitetlərdə təhsil alması üçün yetişdiriləcək, karyeranın idarə edilməsi və uğurlu ixtisasın seçilməsi istiqamətində dəstək xidmətləri göstəriləcək. Proqram 5-11-ci sinif şagirdləri üçün nəzərdə tutulub.
 

RƏYLƏR