Dəmiryolu Vağzalında narkotik alverçisi tutuldu – FOTO

OXUNUB: 487 HADİSƏ

Yanvarın 27-28-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanması istiqamətində keçirilən tədbirlər nəticəsində xeyli silah-sursat müəyyən edilərək götürülüb.

Bu barədə İcmal.Az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Sabunçu Rayon Polis İdarəsi 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nardaran qəsəbəsində yaşayan Süleyman Süleymanovun evinin yaxınlığında basdırdığı nömrəsi silinmiş "AK-74” markalı silah, bir ədəd patron darağı və 15 ədəd patron aşkar edilərək götürülüb.

Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Şirzad Sadıqovdan nömrəsi silinmiş "Makarov” markalı tapança, bir patron darağı və iki ədəd patron götürülüb.

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yaxa-beşdəli kənd sakini Xanmusa Məcidovdan müvafiq sənədləri olmayan "Tula-X” markalı ov tüfəngi götürülüb.  

Faktlar üzrə cinayət işləri başlanılıb.

Həmin işlər üzrə saxlanılan şəxslər götürülmüş maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

 

İcmal.Az

RƏYLƏR