Dənizdə üzən qadının üstündən gəmi keçdi, qabırğaları çatladı - FOTO

OXUNUB: 899 DÜNYA
Marmarisdə dənizdə üzən qadının başına iş gəlib. 

İcmal.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən axşam Orxaniyə məhəlləsində dənizdə üzən Aysun Acar üzərindən gəmi keçib. Nəticədə Aysun Acarın qabırğaları çatlayıb, ağciyəri əzilib, bədənində isə müxtəlif yaralar əmələ gəlib. 

Marmaris Dövlət Xəstəxanasında müalicə alan Aysun Acar hadisəni belə danışıb: " Çox da uzağa üzməmişdim. Gəmi çox sürətlə gəlirdi. Qaçmağa çalışdım, amma bacarmadım. Nəticə çox ağır da ola bilərdi. Lazımsız gəmiləri ləğv etsinlər”. 

Dənizdə üzən qadının üstündən gəmi keçdi, qabırğaları çatladı - FOTO

 

İcmal.Az

RƏYLƏR