Deputaların maaşlarının artması xəbəri yalan çıxdı

OXUNUB: 623 SİYASƏT

Millət vəkillərinin əməkhaqlarında 800 manat artımın baş verməsi haqqında deyilənlər təsdiqini tapmayıb.

İcmal.Az xəbər verir ki, bu gün bəzi media orqanlarında deputatların məcaviblərində artımın baş verdiyi haqda məlumatlar yayılıb.

Amma bununla bağlı xəbərlər rəsmi təsdiqini tapmayıb, parlamentdən bu yöndə iddiaların həqiqətə uyğyun olmadığı vurğulanıb. 

Daha doğrusu, parlamentin İşlər müdiri xidmətinin Maliyyə şöbəsinin müdir müavini Cavid Möhbalı mətbuata açıqlamasında iddia edib ki, deputatların maaşlarının 800 manat artması ilə bağlı məlumatlar əsassızdır.

"Kimlərsə məsələni qarışdırır. 2018-ci ilin büdcəsində MM-ə ayrılan vəsaitin artmasından irəli gələrək deputatların xarici ezamiyyət xərclərində artım nəzərdə tutulur. Bu, əvvəlki illə müqayisədə müəyyən artımdır, lakin qeyd olunan rəqəm qədər deyil. Deputatların əməkhaqqında isə heç bir artım yoxdur…”, - deyə o sözlərinə əlavə edib. 

İcmal.Az

RƏYLƏR