Deputat AŞPA-da Zəhradan, Farizdən və Aygündən danışıb

OXUNUB: 747 SİYASƏT

AŞPA Azad Demokratlar Qrupu toplantısında Ermənistan silahlı qüvvələrinin amansızlıqla qətlə yetirdiyi balaca Zəhradan, Farizdən, Aygündən və işğal etdiyi torpaqlarımızda qətlə yetirdiyi uşaqlardan danışdım, bildirdim ki Ermənistan uşaqlara qarşı bu cinayətləri neçə illərdir davam etdirir və bu cinayətləri törədənlər ədalət qarşısında cavab verməyiblər. 

Bunu İcmal.Az-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

"Bu da onu göstərir ki, bu cinayətlər Ermənistan rəhbərliyi tərəfindən dəstəklənir. Bildirdim ki əgər AŞPA 2005-ci ildə qəbul etdiyi və Ermənistanın artıq 13 ildir yerinə yetirməkdən imtina etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsi istiqamətində rəsmi İrəvana ciddi təzyiqlər göstərsə idi Zəhra, Fariz, Aygün kimi uşaqlar bu gün aramızda olurdu. Ona görə də AŞPA sadəcə qərarlar qəbul etməklə işini bitmiş hesab etməməlidir, həmin qətnamələrin yerinə yetirilməsi istiqamətində təsir və təzyiq mexanizmlərindən də istifadə etməlidir və AŞPA bundan sonra da ön cəbhə bölgələrində uşaqların həyatını itirməsini istəmirsə, o zaman qəbul etdiyi sənədlərin yerinə yetirilməsi istiqamətində Ermənistana təzyiqlər etməlidir”  - deyən millət vəkili çıxışında eyni zamanda  bildirib ki, bu kiçik yaşlı uşaqları qətlə yetirən cinayətkarlar, uşaq qatilləri ədalət qarşısında cavab verməlidir və onların ədalət qarşısında cavab verməsinə nail olunması üçün AŞPA səylərini artırmalıdır:

"Bildirdim ki, insan haqlarının müdafiəsi dəyərləri üzərində qurulmuş bu təşkilatdan həmin uşaqların ailəsi məhz bunu gözləyir: sadəcə, onlar deyil, AŞPA-da hökm sürən ikili standartlar üzündən təşkilata etimadı, inamı azalan bütün azərbaycanlılar da...”

İcmal.Az

RƏYLƏR