Deputat: “Əli Hüseynli, Adil Əliyev və Fəzail İbrahimli kimi şəxslərin sədr müavinləri olması olduqca müsbətdir”

OXUNUB: 245 SİYASƏT

"Parlamentin tərkibində dəyişiklik oldu. Rəhbərliyin dəyişməsi də parlament demokratiyasının inkişafı üçün ümidverici mühit yaratdı. İndi də parlamentdə baş verənlər onu göstərir ki, daha ciddi bir quruma çevrilmə prosesi özünü göstərir”.

 

Bunu deputat Fazil Mustafa deyib.

 

"Çox dəyərli bir ziyalının, elm adamının parlamentin sədri seçilməsi imic, cəmiyyətdəki aqressiyanın ora yönəlməsi baxımından vəziyyəti xeyli dərəcədə müsbətə doğru dəyişdi. İndi kimlərsə deyir ki, guya parlament sədri deputatlara qarşı aqressiya göstərir. Bu, bir az gülməli səslənir. Çünki indi parlamentdə münasibətlərə əvvəlkinə nisbətdə həsəd aparmaq olar. Yalnız qanundan, yaxud mövzudan kənara çıxılanda spiker tərəfindən irad bildirilir, bu da normaldır. Rəhbərlikdə də kifayət qədər dəyərli şəxslər təmsil olundu. Əli Hüseynli kimi çox savadlı, hazırlıqlı hüquqşünasın birinci müavin olması, Adil Əliyev və Fəzail İbrahimli kimi cəmiyyətdə müsbət reputasiyası olan şəxslərin sədr müavinləri olması olduqca müsbətdir. Deputatların da arasında yüksək performans ortaya qoymaq potensialına məxsus şəxslərin olması da müsbət haldır. Bu mənada ötən il dediyim islahatlar öncə parlament müstəvisində öz əksini tapdı” – F.Mustafa qeyd edib.Unikal

RƏYLƏR