Deputat Gültəkin Hacıbəyliyə sərt CAVAB VERDİ

OXUNUB: 486 SİYASƏT
"Deməli belə. Gültəkin Hacıbəyli adında siyasət qırıntısı buyurub ki, guya mövcud hakimiyyət bunu aşağılamaq üçün hər yerdə onun soyadını Hacıyeva kimi təqdim edir və bu, məqsədli, planlı, əvvəldən düşünülmüş bir işdir. Ardınca isə "ov” və "yev” soyadlı hamını təhqir edərək belələrini rus köləsi adlandırıb”. Bu sözləri SİA-ya açıqlamasında deputat Elşən Musayev deyib.
 
 
Deputat sözlərinə belə davam edib: "Əvvəla. Görünən budur, Gültəkinin başı tamam qaçıb. Elə ona görə də düşünür ki, hakimiyyətin işi-gücü qurtarıb və bunun soyadı ilə məşğuldur. Hərgah, adama deyən lazım: Kimsən axı sən? Kimə lazımsan axı sən? Özün nəsə yazmasan, danışmasan, ortalığa çıxmasan heç yada belə düşmərsən, o ki qala hələ səninlə bağlı nəsə plan qurula.

Əlbət, Gültəkinin gördükləri və söylədikləri hallusinasiya məhsuludur. Adam artıq kritik psixoz vəziyyətinə gəlib. Sayıqlayır. Gözünə nələrsə görünür və həmin gördüklərini qələmə alır. Üstəlik, fərqində deyil ki, onun siyasətdəki dəyəri, varlığı, ya da kimin üçünsə maraqlılıq dərəcəsi, diqqət cəlbetmə əmsalı sıfırın belə altındadır.

Söylədiyi təhqirlərə gəlincə isə...”ov” və "yev” soyadlı hamının adından Gültəkinə bu cavabı vermək istəyirəm: "Kölə sənsən, sənin nəslindir, əslindir, nəcabətindir!””.

 

RƏYLƏR