Deputat: Müstəqilliyə səs verənlər unudulmamalıdır

OXUNUB: 604 SİYASƏT

"Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” yubiley medalı təsis edilir.

İcmal.Az xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanun layihəsində dəyişikliklər məsələsi Milli Məclisdə müzakirəyə çıxarılıb.

Layihəni təqdim edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi  ərəfəsində belə medalın təsis edilməsi təqdirəlayiqdir. 

Deputat Fərəc Quliyev AXC-nin 100 illiyi münasibətilə Milli Məclisin xatirə medalının təsis olunmasını təklif edib. O qeyd edib ki, AXC-nin 100 illiyi ilə bağlı bir sıra tədbirlər keçirilir, medallar təsis olunur: 

"Ancaq Azərbaycanın müstəqilliyinə səs verən, keçmiş SSRİ-nin qorunub-saxlanması haqqında referendumun əleyhinə çıxan məşhur "43-lər” yada düşmür. Bunların içərisində mərhum Heydər Əliyev də olub. Bu insanların xidmətləri unudulmamalıdır. Tədbirlər çərçivəsində Milli Məclislə bağlı xatirə medalı təsis olunmalıdır”.

Birinci vitse-spiker Ziyafət Əsgərov deputatın təklifinə münasibət bildirib və onun qaldırdığı məsələnin nəzərə alınacağını vurğulayıb.

İcmal.Az

RƏYLƏR