Deputat Ramil Həsən Yuxarı Çiyni, Ənvər Məmmədxanlı və Türkəci kəndlərini əhatə edən seçiciləri ilə görüşüb

OXUNUB: 334 GÜNDƏM Özəl SOSİAL
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Qərbi Azərbaycan İcmasının sədr müavini Ramil Həsən 09 mart 2023-cü il tarixdə Ucar rayonunun Yuxarı Çiyni, Ənvər Məmmədxanlı və Türkəci kəndlərindən olan seçiciləri ilə görüşüb. 

Görüşdə vətəndaşlar tərəfindən kənd yollarının asfaltlanması, su arxlarının və şirə kanallarının təmizlənməsi, 700 mm-lik sukeçirici borunun dəyişdirilərək yenilənməsi, torpaqların elektron uçot sistemi aparılan zaman edilən təyinat dəyişiklikləri ilə bağlı vətəndaşların daşınmaz əmlakın reyestr xidmətindən çıxarış alarkən çətinliklərlə üzləşməsi, kənd məktəbinin yenidən tikintisi, elektrik enerjisi ilə təminat, kənd ərazilərində meliorativ tədbirlərin aparılmaması, işsizlik, əlilliyin təyini, sosial müavinət, yol infrastrukturu və şəxsi problemlərin həlli kimi məsələlər ən çox səsləndirilən fikirlərdən olub. 

Seçicilərin hər birinin arzu və istəkləri, eyni zamanda qaldırmış olduqları problemlər, vətəndaşların hər bir təklif və tələbi millət vəkili Ramil Həsən tərəfindən diqqətlə dinlənilib, qanun çərçivəsində öz həllini tapması məqsədilə müvafiq qurumlara ünvanlanması üçün tapşırıqlar verilib.
 
 









RƏYLƏR