Deputatın xarici mediada COP29-la bağlı məqaləsi dərc edilib

OXUNUB: 908 GÜNDƏM Özəl SİYASƏT

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Məzahir Əfəndiyevin Avropa məbuatında, Avropa İttifaqının 27 ölkəsində izlənilən informasiya portalında 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatına üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunmuş, 17 məqsəd və 169 hədəfi əhatə edən "Dayanqılı İnkişaf Məqsədləri” (DİM) universal sənədinin Azərbaycanda icrasına COP29 çərçivəsində baxılmasına həsr olunmuş "Sustainable development is one of the goals of COP29” adlı məqaləsi dərc olunub.

Məqalədə bu gün müharibələrin, münaqişələrin tuğyan etdiyi dünyamızda insanların daha yaxşı, rifah və sülh içində yaşaması üçün qəbul olunmuş universal sənədlərin icrasının çətinliklərlə üzləşdiyi və "Heç kəsi arxada qoymayaq” konsepsiyasına ciddi təhdidlər yaratdığı, xüsusilə 13-cü DİM məqsədi kimi qəbul olunan "İqlim dəyişikliyinə qarşı mübarizə” siyasəti ilə bağlı daha ciddi və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinin vacibliyi öz əksini tapıb.

Eyni zamanda, millət vəkili iqlim dəyişikliyi, eləcə də dünyanın ekoloji tarazlığı və ətraf mühitin qorunmasına dair əsəs platformalardan sayılan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti 29-cu sessiyası – COP29 bu il ölkəmizdə baş tutması və DİM13-ün icrası ilə bağlı bir sıra məqamlara da toxunub.

Burada isə əsas məqam 31 oktyabr tarixində "Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda növbəti 5-ci DİM Dialoqunun keçirilməsi, xüsusilə bu Dialoqun COP29-dan əvvəl Azərbaycanın NDC və DİM-lərin maliyyələşdirilməsi strategiyasının genişləndirilməsinə dair yanaşmaların geniş müzakirəsini asanlaşdırmaq üçün milli platforma kimi əhəmiyyətindən ibarətdir.

Sonda M.Əfəndiyev məqalədə Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş, ümumbəşəri dəyərlərin qorunmasına əsaslanan qərarların icrasına hər zaman dünya ictimaiyyəti ilə birgə hörmətlə yanaşdığını və dünyamızın yeni siyasi arxitekturasının daha mükəmməl, dayanıqlı olması üçün bütün resurslarını səfərbər etdiyini qeyd edib.

Həmin məqalə ilə aşağıdakı keçiddən istifadə etməklə tanış ola bilərsiniz:

https://www.eureporter.co/environment/cop29/2024/10/31/sustainable-development-is-one-of-the-goals-of-cop29/

RƏYLƏR