Deputatlar AZAL-ın qiymət siyasətindən şikayət edir: Müvafiq qurum niyə reaksiya vermir?

OXUNUB: 382 Özəl GÜNDƏM İQTİSADİYYAT

AZAL-ın qiymət siyasəti ilə bağlı dəfələrlə Milli Məclisdə məsələ qaldırılıb. Ötən gün Milli Məclisin iclasında deputat Aqil Abbas bir daha Azalın fəaliyyətini tənqid edərək bildirib ki, qiymət siyasətindən narazıdır. Bir neçə millət vəkilləri də AZAL-da təyyarə biletlərinin bahalığından şikayət edir və hesab edirlər ki, bu qədər baha biletlər ölkəyə turistlərin gəlişinə mane olur. Deputatlar tərəfindən dəfələrlə bu mövzu qaldırılsa da reaksiya verən yoxdur.

Maraqlıdır, sözügedən qurum görəsən nə fikirləşir?

Milli Məclisin deputatı Azər Badamov Editor.az-a açıqlamasında bildirib ki, bu gün biz ölkəmizdə turizmi inkişaf etdirmək istəyiriksə, bir çox məqamlara xüsusi diqqət etməliyik:

https://editor.az/public/uploads/2021/12/editor_e5d9d5af50ebd0e6e293b2924b557c67_xfn9mp6g1wbrij2u5kcz-300x200.jpg 300w, https://editor.az/public/uploads/2021/12/editor_e5d9d5af50ebd0e6e293b2924b557c67_xfn9mp6g1wbrij2u5kcz-1024x683.jpg 1024w, https://editor.az/public/uploads/2021/12/editor_e5d9d5af50ebd0e6e293b2924b557c67_xfn9mp6g1wbrij2u5kcz-768x512.jpg 768w, https://editor.az/public/uploads/2021/12/editor_e5d9d5af50ebd0e6e293b2924b557c67_xfn9mp6g1wbrij2u5kcz-1536x1024.jpg 1536w" sizes="(max-width: 1620px) 100vw, 1620px" style="border-width: 0px; border-style: initial; box-sizing: border-box; vertical-align: middle; max-width: 100%; height: auto; margin: 5px 20px 20px 0px;" />

” Azərbaycanın regionda turizm rəqabəti mühitinin əsas iştirakçısı, xarici turistləri ən çox cəlb edən ölkələrdən biri olduğunu nəzərə alsaq AZAL-ın qiymətlərində ciddi dəyişikliklər edilməlidir. Bəli, qiymətlər çox bahadır. Bizim hava limanlarımızdan xarici ölkələrə uçuşlar qonşu ölkələrlə nisbətdə daha yüksəkdir. Ölkəmizdə turizm sektorunun rəqabət üstünlüklərinin qorunması üçün bu sahədə qiymətlərə nəzarət edilməlidir. Həmkarım Aqil Abbasın AZAL-ın qiymət siyasətindən narazılığı ilə bağlı səsləndirdiyi fikirlər də bu reallıqlara söykənir. Sözügedən qurum Milli Məclisdə müzakirə olunan bu məsələ ilə bağlı ciddi düşünməli və müvafiq addımların atılması üçün hərəkətə keçməlidir. Çünki bu gün ölkəmizə gəliş qiymətlərindən turistlər çox narazıdır. Nəzərə almaq lazımdır ki, ölkəyə gələn şəxsi ilk düşündürən məsələ təyyarə biletlərinin qiymətidir. Əgər müvafiq açıqlamalardan sonra AZAL təqdim etdiyi qiymətlərdə region qiymətləri ilə müqayisəli şəkildə dəyişiklik etsə ölkəmizə səfər etmək istəyən şəxslərin sayında da sürətli artım müşahidə edəcəyik. Yəni xarici turizmin inkişafına mane törədən əsas məsələlərdən biri məhz təyyarə biletlərinin baha olması ilə bağlıdır. Bu məsələyə xüsusi diqqət yetirilməli, bununla bağlı hökumət öz münasibətini bildirməli və qiymətlərin tənzimlənməsinə yenidən baxılmalıdır”./Editor.az

7News.Az 

RƏYLƏR