Diaspor sədri Elçin Bayramovdan Azərbaycan bayrağına HÖRMƏTSİZLİK

OXUNUB: 608 GÜNDƏM SOSİAL HADİSƏ
DiasporPress -in məlumatına görə Moldova Azərbaycanlıları Konqresinin (MAK) sədri Elçin Bayramov təşkil etdiyi tədbirdə Azərbaycan bayrağına qarşı hörmətsizlik olub. 

Qeyd edək ki, Elçin Bayramovun təşkil etdiyi "şəkil çəkdirmə” tədbirlərinin birində  bir qrup soydaşımız Azərbaycan bayrağı ilə fotoşəkil çəkdirib. Lakin onlar bayrağı başıaşağı tutduqları üçün çəkdirdiyi şəkil birmənalı qarşılanmayıb və sərt tənqid hədəfinə çevrilib. Azərbaycanın üçrəngli bayrağını hörmətsiz ancaq səhlənkarlıq, diqqətsizlik, savadsızlıq kimi qiymətləndirmək olar. Belə bir şəxsin Moldova Azərbaycanlıları Konqresinə rəhbərlik etməsi utancvericidir.

Xatırladaq ki, Elçin Bayramovun sədrliyi dövründə MAK-ın fəaliyyətində, demək olar ki, ancaq şəkil çəkdirməkdən ibarət olub.  Son illər Moldovada güclü Azərbaycan diasporu mövcud olsa da  E.Bayramovun dövründə Konqresin fəaliyyəti ancaq tənqid olunur. Digər bir məlumata görə artıq soydaşlarımız yeni bir təşkilatın yaradılması barədə razılığa gəliblər.

RƏYLƏR