DTX-nın əməliyyat keçirdiyi qurumun rəhbəri bu generaldır — FOTOLAR

OXUNUB: 853 HADİSƏ

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq tərəfindən həyata keçirilmiş birgə əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı alınıb.


 7News.Az xəbər verir ki, iki qurumun əməliyyat keçirdiyi Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi  barədə araşdırma edilib.

 
Məlum olub ki, Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin rəisi general-leytenant Əfqan Nağıyevdir.


Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2005-ci il 18 fevral tarixli Sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi yaradılıb.(unikal.org)

 
 

RƏYLƏR