DTX rəisi: "Rusiya sülhməramlılarının nəzarəti altında olan bölgələrə səfərlər yalnız respublikamızın ərazisindən istifadə etməklə mümkündür"

OXUNUB: 76 index-manşet SİYASƏT
Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri Əli Nağıyev Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Jil Karbonyenin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

General-polkovnik Əli Nağıyev Birinci və İkinci Qarabağ müharibələrində itkin düşən vətəndaşlarımızın tapılması məsələsinə toxunaraq BQKX-nin bu istiqamətdə bundan sonra da fəal rol oynayacağına və mühüm töhfələr verəcəyinə ümidvar olduğunu bildirib. Həmçinin regionda hökm sürən yeni reallıqlar nəzərə alınmaqla BQKX-nin nümayəndələrinin Azərbaycan ərazisində müvəqqəti yerləşən Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altında olan bölgələrə səfərlərinin Ermənistanın deyil, yalnız respublikamızın ərazisindən istifadə edilməklə mümkünlüyü nəzərə çatdırılıb.

Görüşdə BQXK ilə ölkəmiz arasında mövcud əlaqələr, təşkilatın humanitar missiyasının həyata keçirilməsi ilə bağlı qarşılıqlı maraq kəsb edən məsələlər müzakirə olunub.

RƏYLƏR