Dünya Bankının prezidentliyinə yeganə namizəd bəlli olub

OXUNUB: 127 Özəl DÜNYA
Dünya Bankının prezidentliyinə yeganə namizəd ABŞ-dan Ajay Banqa olub. İcraçı direktorlar şurası rəsmi müsahibə keçirəcək.

7NEWS.az xəbər verir ki, Martın 29-da Dünya Bankı Qrupunun prezidenti vəzifəsinə namizədlərin irəli sürülməsi üçün son tarix başa çatıb.

Dünya Bankının prezidentliyinə yeganə namizəd ABŞ-dan Ajay Banqa olub.
Açıqlamada İH tərəfindən prosedurlara uyğun olaraq prezidentliyə namizədlə rəsmi müsahibənin keçiriləcəyi, sədr seçkisinin vaxtında başa çatdırılmasının gözlənildiyi bildirilib.

7NEWS.az

RƏYLƏR