"Dünya ictimaiyyəti Ermənistana siyasi təzyiq göstərməlidir"

OXUNUB: 956 SİYASƏT

"Yerevan beynəlxalq qanunlar və normaları tanımayanadək Ermənistan Azərbaycana qarşı təcavüzkarlığı davam etdirəcək. Bunun qarşısının alınması üçün dünya ictimaiyyəti bu ölkəyə siyasi təzyiq göstərməlidir".

İcmal.Az xəbər verir ki, bunu Trend-ə Türkiyənin "Haber7" xəbər portalının baş redaktoru İbrahim Ərdoğan deyib.

Onun sözlərinə görə, Ermənistanın hərəkətləri bu ölkəni regionun yarasına çevirib:

"Erməni təcavüzü nəticəsində nə qədər azərbaycanlının həlak olduğunu demək çətindir, amma onların sayı həddən çoxdur. Ermənilərin tarixi hər zaman türklərə qarşı vəhşiliklərlə zəngin olub".

Xatırladaq ki, iyulun 4-də axşam saatlarında erməni silahlı birləşmələri Füzuli rayonunun Alxanlı kəndini minaatanlardan atəşə tutub. Təxribat nəticəsində Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub, 1965-ci il təvəllüdlü Quliyeva Sərvinaz İltifat qızı isə ağır yaralanıb.

İcmal.Az

RƏYLƏR