ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyi 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərimizə qarşı həyata keçirilən vəhşilikləri pisləyib.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan HİT.Az-a verilən məlumata görə, yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərimizin zorakı hücumlara məruz qalması qınanılıb və bunun qəbuledilməz olduğu bildirilib. Eyni zamanda, Los Anceles Polis İdarəsinə nifrət zəminində törədilmiş həmin cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı çağırış edilib.
Qeyd edək ki, vətəndaşlarımıza qarşı erməni daşnakları tərəfindən zorakılığın törədilməsindən dərhal sonra Los Ancelesdəki Baş Konsulluğumuz uzun müddətdən bəri dostluq münasibətləri saxladığı ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarını bu cinayət barədə dərhal məlumatlandıraraq, fərqli millətlərin yaşadığı Los Anceles kimi şəhərdə etnik nifrət zəmnində belə bir vəhşiliyin törədilməsinin qətiyyətlə pislənilməsinin vacibliyini bildirmişdi. Nəticədə sözügedən yəhudi təşkilatları bu bəyanatlarla çıxış edərək Azərbaycan ilə həmrəylik nümayiş etdirib.
Baş Konsulluq daşnakların bu vəhşiliyinə ABŞ ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində tədbirlərini davam etdirir.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
Kərimli olmayan elektoratı ilə Qərbi aldada biləcəkmi - sərt reaksiyalar
18.04.2024, 12:00 / SİYASƏT -
“Bir dələduzun hekayəsi” – Millət vəkilindən SENSASİON yazı
17.04.2024, 15:53 / SİYASƏT -
Boykotçu müxalifətin “21 aprel oyunu və bir armud...”
17.04.2024, 12:55 / SİYASƏT -
YUNESKO-nun rəhbəri dəyişir - Azərbaycana münasibət dəyişəcəkmi...
16.04.2024, 16:55 / SİYASƏT -
“Əli Kərimli “siyasi poçtalyon” funksiyasını üzərinə götürərək mitinqi anons edir” - DEPUTAT SƏRT DANIŞDI
16.04.2024, 16:52 / SİYASƏT -
“Yəqin botoksunun yenilənmək vaxtıdır...” — Deputatdan Əli Kərimliyə sərt sözlər!
08.04.2024, 11:41 / GÜNDƏM, SİYASƏT -
Prezidentin o israrının ilginc səbəbi - görüş niyə təxirə salınmadı?
06.04.2024, 10:46 / GÜNDƏM, SİYASƏT
Xəbər lenti
KÖŞƏ
ƏN ÇOX OXUNANLAR
-
Səhiyyə, İQTİSADİYYAT Bakı Sağlamlıq Mərkəzində milyonlar necə xərclənir? - Asiman Həsənovun pardaxlanan tenderləri...
-
Səhiyyə, GÜNDƏM, Özəl “İstanbul NS Klinikası” (Stimul Hospital) etiraf etdi: SİSTEM KÖÇÜRDÜK, XƏSTƏ VƏFAT ETDİ
-
GÜNDƏM, Özəl, İQTİSADİYYAT "Grandmart" supermarketlər şəbəkəsində kassa maxinasiyası: DİQQƏTLİ OLUN