ABŞ-ın və dünyanın ən nüfuzlu yəhudi təşkilatlarından olan Simon Vizental Mərkəzi (SVM) və Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyi 21 iyul tarixində Baş Konsulluq qarşısında erməni daşnakları tərəfindən azərbaycanlı icma üzvlərimizə qarşı həyata keçirilən vəhşilikləri pisləyib.
Azərbaycanın Los Ancelesdəki Baş konsulluğundan HİT.Az-a verilən məlumata görə, yayılan açıqlamalarda azərbaycanlı icma üzvlərimizin zorakı hücumlara məruz qalması qınanılıb və bunun qəbuledilməz olduğu bildirilib. Eyni zamanda, Los Anceles Polis İdarəsinə nifrət zəminində törədilmiş həmin cinayətlərin düzgün şəkildə araşdırılması ilə bağlı çağırış edilib.
Qeyd edək ki, vətəndaşlarımıza qarşı erməni daşnakları tərəfindən zorakılığın törədilməsindən dərhal sonra Los Ancelesdəki Baş Konsulluğumuz uzun müddətdən bəri dostluq münasibətləri saxladığı ABŞ-ın nüfuzlu yəhudi təşkilatlarını bu cinayət barədə dərhal məlumatlandıraraq, fərqli millətlərin yaşadığı Los Anceles kimi şəhərdə etnik nifrət zəmnində belə bir vəhşiliyin törədilməsinin qətiyyətlə pislənilməsinin vacibliyini bildirmişdi. Nəticədə sözügedən yəhudi təşkilatları bu bəyanatlarla çıxış edərək Azərbaycan ilə həmrəylik nümayiş etdirib.
Baş Konsulluq daşnakların bu vəhşiliyinə ABŞ ictimaiyyətinin diqqətinin cəlb edilməsi istiqamətində tədbirlərini davam etdirir.
RƏYLƏR
DİGƏR XƏBƏRLƏR
-
-
“InvestAZ”dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
29.04.2024, 13:12 / Özəl, SİYASƏT -
O boyda parlament gör kimlərin ümidinə qalıb…
28.04.2024, 18:31 / SİYASƏT -
Hikmət Hacıyevdən minalanmış ərazilərlə bağlı açıqlama
28.04.2024, 14:36 / SİYASƏT -
Deputat ABŞ-ı və Avropanı ağ yuyub qara sərdi: “Sizin qarnınızın ağrısı başqadır!”
26.04.2024, 15:18 / SİYASƏT -
Qərb mediası “Pulyuyan Rubeni” çirkli pullarla “yuyur”
25.04.2024, 17:38 / KÖŞƏ, Özəl, SİYASƏT -
Fransa səfiri qayıtmazsa... - Bakının “güzgü effektli” addımı
24.04.2024, 13:37 / SİYASƏT -
“Təpənə dəysin sənin mitinqin!” — Deputatdan AXCP sədrinə güllə kimi sözlər...
23.04.2024, 21:25 / GÜNDƏM, SİYASƏT