Dünyanın ən yaşlı modeli: Ölənədək podiumda olacağam - FOTO

OXUNUB: 1578 ŞOU-BİZNES

Ötən iyul ayında 90 yaşına qədəm qoyan Defni Self hazırda dünyadakı ən yaşlı modeldir.

İcmal.Az xəbər verir ki, modellikdən əl çəkməyəcəyini bildirən Self ölənədək iş başında olacağını söyləyir:

"21 yaşımdan bu sahədəyəm. Ölənədək də podiumda olacağam”, - deyə yaşlı model bildirir.

Defni Selfin ilk modellik təcrübəsi 1949-cu ildən başlayıb. Həmin vaxt 21 yaşında olan Self məşhur bir dərginin üz qabığında yer aldıqdan sonra məşhurlaşıb.

69 ildir modelliklə məşğul olan Self podiumlara çıxır, reklam kampaniyalarında yer alır. Həm kitab yazır, həm də modellik sahəsi üzrə təhsil verir.

Defni Self öz tələbələrinə çox zəif və arıq olmamağı məsləhət görür.

"Yaxşı bir duruş yetərlidir, arıqlamağa ehtiyacınız yoxdur”, - deyə Self bildirir.

Hər zaman dəbli geyinən Self yaşlı insanların tərzlərinə fikir vermədiyini söyləyir:

"Hər kəs hansı yaşda olursa-olsun, özünə baxmalıdır və yaxşı geyinməlidir”.

İcmal.Az

RƏYLƏR