Dövlət Sosial Müdafiə Fondu 4000-ə qədər işçini əmək müqaviləsiz işlədir - ŞOK

OXUNUB: 1432 index-manşet İQTİSADİYYAT SOSİAL

"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Əmək Məcəlləsini kobud şəkildə pozur. Dövlət Sosial Müdafiə Fondu 4000-ə qədər işçini əmək müqaviləsiz işlədir".



7News.Az xəbər verir ki, bununlar bağlı iqtisadçı alim Qubad İbadoğlu bildirib. O xatırladıb ki, ötən il dekabrın 30-da İlham Əliyev sosial müdafiə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb: "Fərmana əsasən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun (DMSF) əsasında Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxs yaradılıb. Təqdirəlayiqdir, çünki əmək haqları arta və dövlət büdcəsinin yükü azala bilər.
DSMF iyul ayında struktur dəyişikliyi və ştat cədvəli təsdiqlənib. DSMF rəhbərliyi bütün işçilərindən 2 ərizə alıb, birincisi öz xahişləri ilə işdən çıxma barədə, ikincisi müvafiq işlə təmin olunmaq barədə. Birinci ərizə əsasında hər kəsi işdən çıxarıblar. Amma 10 gündən çox ötməsinə və işçilərin işə gəlib-getməsinə baxmayaraq, mərkəzi aparat işçilərindən başqa heç kimin işə qəbul olunması barədə əmr verilməyib və işçilərin işə qəbulunun imtahan əsasında aparılacağı bildirilib. DSMF-nin şçilərin işə çıxmaqlarına baxmayaraq, bu dövr üçün əmək haqqı da verilmir. Vətəndaşın əmək və sosial müdafiəsini qorumalı olan bir qurumun öz işçilərinə qarşı belə bir qanunsuzluq etməsi əmək qanunvericiliyinin kobud pozuntusudur. 4000-nə yaxın işçini əmək müqaviləsiz işlətmək hələ ki, işçilərdən başqa heç kəsi narahat etmir. Halbuki, DSMF-nin işçilərinin günahı yoxdur, struktur dəyişikliyi zamanı müvafiq əmrlə hər bir işçi işlə təmin olunmalı idi. Amma görünür ki, DSMF rəhbərliyi saf-çürük etmək istəyir. Hələ çoxlarının işə bərpa olunması isə sual altındadır".
 
7News.Az

RƏYLƏR