Əbülfəs Qarayevin növbəti görüşü - Fotolar

OXUNUB: 1248 MƏDƏNİYYƏT

İyulun 10-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İranın mədəniyyət və islami irşad nazirinin mətbuat işləri üzrə müavini Hüseyn Entezaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

İcmal.Az xəbər verir ki, nazir qonaqları salamlayaraq iyul ayının 3-dən 8-dək İranda keçirilən Azərbaycan mədəniyyəti günlərinin təşkilindən razılığını ifadə edib. Bildirib ki, bu səfər iki ölkə arasında əməkdaşlığın bundan sonrakı inkişafına müsbət təsir göstərəcək. Vurğulanıb ki, İranda təşkil olunan ölkəmizin mədəniyyət günləri Azərbaycan mətbuatında geniş işıqlandırılıb.

Əbülfəs Qarayev həmçinin qonağın diqqətinə çatdırıb ki, son dövrlər İran mətbuatında Azərbaycanla bağlı geniş məlumatlar yer alır: "Son günlərdə cəbhə bölgəsində Ermənistan ordusunun mülki vətəndaşlarımızı qətlə yetirməsi ilə bağlı İran mətbuatının Azərbaycana dəstək olmasını yüksək dəyərləndiririk”.

İran nümayəndə heyətinin rəhbəri Hüseyn Entezami səmimi qəbula görə təşəkkürünü bildirib. Dini və mədəni bağlılığı olan iki ölkənin mədəniyyət və turizm sahələrində bundan sonra da əməkdaşlığının vacibliyini qeyd edib. Bildirilib ki, bu prosesdə mətbuat nümayəndələri də yaxından iştirak etməli, iki ölkənin KİV-ləri arasında infoturlar təşkil olunmalıdır.

 

 

 




RƏYLƏR