"ECO Harmony rəqəmsal bacarıqlar" layihəsi həyata keçirilib

OXUNUB: 771 Özəl QHT SOSİAL
Layihə çərçivəsində Mingəçevir şəhərində gənclərə rəqəmsal məsələlər, ekoloji mühitdə proseslərin və mexanizmlərin idarə olunması və tönləndirilməsi üçün ehtiyac olan rəqəmsal mühitin formalaşdırılması və istifadəsi imkanları müzakirə olunub. Gənclər mövzuya müxtəlif fərdi və komanda işləri fonunda münasibət bildiriblər.
"İstedadlı və Yaradıcı Gənclərə Dəstək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən layihənin əsas məqsədi Mingəçevir şəhərində təhsil alan , yaşayan və fəaliyyət göstərən gənclərin ekoloji fəaliyyətlərin rəqəmsal texnologiyalar vasitəsilə tənzimlənməsi təsirləri istiqamətində bilik və bacarıqlarının artırılmasından ibarətdir. Layihə çərçivəsində keçirilən təlimlər iştirakçılara birbaşa, digər gənclərə dolayı yolla təsir etməklə növbəti mərhələdə daha çox şəxsin faydalanmasına zəmin yaradıb.
 


 

RƏYLƏR